ADU-da Çin səhnəsində “Arşın mal alan” adlı bədii gecə keçirildi













Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Dünya teatr gününə həsr olunmuş Çin səhnəsində “Arşın mal alan” bədii gecəsi keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov incəsənət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanan müqavilənin əhəmiyyətini vurğulayıb.

R.Abbasov teatr sənətinin xalqlar arasında sülhün möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın vacib vasitəsi olduğunu qeyd edərək, Azərbaycan-Çin teatr əlaqələrini inkişaf etdirmək üçün ADU nəzdində Konfutsi İnstitutunun təşkil etdiyi tədbirlərdən bəhs edib. R.Abbasov həmçinin qeyd edib ki, 1959-cu ildə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası ilk dəfə Çin dilində Pekin Mərkəzi eksperimental teatrında səhnəyə qoyulub və sonradan Çin Milli Operası Uxan eksperimental opera teatrı, Tyanczin milli bədii teatrı və Çinin digər şəhərlərində “Arşın mal alan” operettası 300 dəfədən çox səhnələşdirilib və bu operetta Çin paytaxtında səhnələndirilən ilk xarici operettadır.

R.Abbasov əlavə edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ” Azərbaycan Teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” çərçivəsində Bakıda keçiriləcək beynəlxalq elmi-praktik teatrlarının işində Çinin tanınmış teatr xadimləri iştirak edirlər. Azərbaycan teatrının yaradıcı qrupları, öz növbəsində, ənənəvi ifaçılıq sənət növlərinə həsr olunmuş Çin teatr festivallarında və forumlarda fəal iştirak edirlər.

Gecədə ölkənin musiqi mədəniyyəti tarixində ilk dəfə yazılan “Səyyah Sindibad” əsərinin müəllifi, bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanov çıxış edib. O, multikultural layihə olan rok-operasında dünya klassiklərinin şeirlərindən nümunələri, Azərbaycan, Çin, İtaliyan və digər dillərdə olan mətnləri, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirlərindən istifadə edildiyini qeyd edib.

R.Sədirxanov yaradıcılıq planlarını bölüşərək, ADU-nun Konfutsi İnstitutunun nümayəndələrinə layihənin həyata keçirilməsində yardım göstərdiklərinə görə təşəkkür edib. Gecədə çıxış edən Üzeyir Hacıbəyovun ev muzeyinin nümayəndəsi Aytən Heydərova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığının parlaq səhifələrindən, kompozitorun Avropa klassik və Azərbaycan milli musiqisinin ənənələrini birləşdirən, məşhur “Arşın mal alan”ın yaranma tarixi, ilk səhnələşdirilməsi və dünya şöhrəti qazanmasından danışıb. Sonda Çin aktyorlarının canlandırdığı “Arşın mal alan” operetta haqqında film qonaqlara nümayiş olunub.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər