gundem
1.04.2019
Sumqayıtın bəzi hissələrində işıq olmaycaq - SABAH

Sabah Sumqayıtın bəzi hissələrinə elektrik enerjisi fasilələrlə veriləcək.
Bu barədə "Azərişıq" ASC-dən bildirilib.
Qeyd olunub ki, “Sumqayıt Dəmiryolu İdarəsi” tərəfindən tunel-keçid tikilən ərazidən elektrik xətlərinin köçürülməsi səbəbindən Sumqayıt şəhərinin 6-cı,10-cu,12-ci mikrorayonlarında sabah elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir.


