Azərbaycanın bu proqramlarda donor ölkə qismində iştirak edəcək - FOTO










Mayın 5-də Fici adalarında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı öz işini başa çatdırıb.

dogruxeber.tv Trend-ə istinadən bildirir ki, toplantıda Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. Nazir AİB-nin prezidenti Takehiko Nakao, Bankın region uzre vitse-prezidenti Shishin Chen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın idarə heyətində təmsil edən Avstraliyalı icraçı direktor Toni Makdonald ilə ayrı-ayrılıqda keçirdiyi göruşlərdə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi, o cümlədən problemli kreditlərin həlli ilə bağlı qəbul edilən son qərarlar və sosial iqtisadi inkişaf göstəriciləri barədə məlumat verib. Eyni zamanda, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan edib.

AİB prezidenti və digər rəsmilər Azərbaycanda aparılan islahatları təqdir edərək ölkənin sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, T.Nakao Prezident İlham Əliyevin salamlarına və Azərbaycanın bankın donorları siyahısına qoşulmasına görə minnətdarlığını çatdırmağı xahiş edib.

Görüşlərdə eyni zamanda bankın ölkəmizdə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi və qarşlıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.

Son xəbərlər

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Bütün xəbərlər