Azərbaycan Beynəlxalq Bankından kart PİN kodları ilə bağlı bir ilk - "e-PİN" xidməti














Azərbaycan Beynəlxalq Bankı elektron xidmət infrastrukturunun inkişafı tədbirlərini davam etdirir. Bu istiqamətdə uğurla başa çatdırılan daha bir layihə sayəsində müştərilərə plastik kartlarının PİN kodunu ATM-lər və Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada təyin etmək imkanı yaradılıb.

Xatırladaq ki, əvvəllər müştərilər kart sifariş etdikdə PİN kod onlara ya xüsusi zərflərdə təqdim olunurdu, ya da PİN kodu müştərilər Bankın filial və şöbələrində POS terminal vasitəsilə özləri müəyyənləşdirirdilər.

İndi isə müştərilər Azərbaycan Beynəlxalq Bankından kartlarını əldə edərkən PİN kodu banka məxsus ATM-lər və ya bankın saytında "e-PİN" bölməsinə daxil olmaqla təyin edə bilərlər. Bu zaman əməliyyatların tam təhlükəsizliyi təmin olunur. Bu xidmətdən istifadə müştərilərin vaxtına qənaət etməklə bərabər, PİN kodun sonradan unudulması hallarını da aradan qaldırır.

Sözügedən xidmətlərin istifadə qaydaları barədə məlumatı bu linkdən əldə etmək mümkündür: https://www.ibar.az/az/individual/bank-24-7/internet-banking/e-pin/

Qeyd edək ki, bu imkan ancaq bankdan yeni sifariş edilən kartlara aiddir.

Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə ən böyük ATM şəbəkəsinə malik olan və ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. Bankın müxtəlif çeşiddə plastik kartlarını bu linkdən onlayn sifariş vermək mümkündür: https://www.ibar.az/az/individual/plastic-cards/

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər