"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir" — "Liverpool"un baş məşqçisindən XOŞAGƏLMƏZ SÖZLƏR











"Liverpool"un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının final görüşünün Bakıda təşkilinə münasibət bildirib.

dogruxeber.tv xəbər verir ki, almaniyalı mütəxəssis bunun düzgün qərar olmadığını düşünür:

"Avropa Liqası finalının Bakıda keçirilməsi gülməlidir. Bilmirəm, bu qərarı verənlər səhər nə yeyirlər. Ötən il biz Kiyevə getmişdik. Bəli, ora gözəl şəhərdir. Ancaq Rusiyanın və ya dünyanın bu hissəsindən çətin ki, hansısa komanda finala çıxsın. Qərar daha məqbul olmalıdır".

Klopp Bakı ilə Çempionlar Liqasının final görüşünün keçiriləcəyi Madrid şəhərini də müqayisə edib: "Bakı? Ora necə getmək, mütəmadi reyslərin olması barədə anlayışım yoxdur. Belə qərarlar daha şüurlu verilməlidir. İndi bu qərar məsuliyyətsiz təsiri bağışlayır. Qərarların necə verilməsini bilmirəm. Şəhərlərdə qiymətlərin endirilməsinə razı olmalıdılar ki, hər şey müəyyən kateqoriyada olsun. Madridə gəlincə, eşitmişəm ki, orda adətən 100 funt-sterlinqə götürə bildiyiniz mənzil üçün indi 2700 funt-sterlinq ödəməlisiniz. Bu ağlasığmazdır. Nə deyə bilərəm? Azarkeşlər üçün çox təəssüflənirəm”.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda Arsenal-la Chelsea arasında keçiriləcək. Liverpool - Tottenham finalı isə iyunun 1-i Madridin "Vando Metropolitano" stadionunda keçiriləcək.(Goal.az)

Son xəbərlər

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bütün xəbərlər