"Yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, yoxsa yox"














Bu gün Azərbaycan Premyer Liqasında mövsümün son oyunları keçiriləcək. Sözsüz ki, ən maraqlı qarşılaşma "Bakcell Arena"da baş tutacaq.

Oyundan öncə "Neftçi" rəhbərliyinin istər matçın keçiriləcəyi stadionun dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciəti, istərsə də biletlərin qiymətini 50 manata qaldırması birmənalı qarşılanmayıb.

dogruxeber.tv bildirir ki, yenicag.az-a müsahibə verən PFL-in prezidenti Ramin Musayev sözügedən qarşılaşma ətrafında yaranan ajiotajdan danışıb. O, maraqlı fikirlər səsləndirib:

- Son günlərdə "Neftçi" - "Qarabağ" matçı ətrafında ciddi ajiotaj yaranıb. Əvvəlcə bu məsələ ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Nə qədər gərginlik olsa, bir o qədər maraqlıdır. Mövsümün son oyunudur. Düzdü, azarkeşlər arasında xoşagəlməz söhbətlər yaranır. Mən deyərdim ki, başqa ölkələrin çempionatlarında daha gərgin oyunlar olur. Gəlin bunlara normal yanaşaq.

- Düşünmürsüz ki, futbolu inkişaf etdirən elə bu cür rəqabətdir, intriqadır?

- Fikrimcə, bu intriqalar növbəti mövsümdə çempionatın daha maraqlı keçməsinə təkan olacaq.

- "Qarabağ" tərəfi sakitdir, amma "Neftçi" rəhbərliyi stadionun dəyişdirilməsi üçün müraciət etmişdi. Bu gün də biletlərin qiymətini qaldırıb...

- Onlar müraciət üçün yox, müzakirə üçün gəlmişdilər. Bu gün "Qarabağ"ı qəbul edən tərəf "Neftçi"dir. Cavabdeh də onlardır. Bakılıların bizdən dəstək alması, müzakirə etməsi xoşagələn haldır. Burada qeydi-adi heç nə yoxdur. Klub rəhbərləri gəlmişdi. Onları bura gətirən səbəb azarkeşlərin "facebook"da bir-birilərinə atmacalar atması, hədə-qorxu gəlmələri idi. Geniş müzakirədən sonra qərara gəldik ki, oyun "Bakcell Arena"da keçirilsin. Azarkeşlər arasında söz-söhbət olmalıdır. Bu, futbolun bir marağıdır. Mən demirəm, bir-birilərini təhqir etsinlər. Mən "Neftçi"də işləyəndə azarkeş sayına görə rekord qırdıq. Ölkə kubokunun 1/4 finalı olsa da, "Xəzər Lənkəran"la matça 24 min azarkeş gəlmişdi. Həmin vaxt Tuyqun Nadirovla danışdıq, bir-birimizə etik çərçivədə atmacalar atdıq. Bu gün o hərəkəti etmək istəyirlər, amma təhqirə keçirlər. Biz də bunun əleyhinəyik. Unutmayaq ki, avrokubok oyunlarında hər iki klubun azarkeşləri bir-birilərinə dəstək olurlar. Mən bunun canlı şahidi olmuşam. Sizin vasitənizlə həmin azarkeşlərə səslənirəm. Klub rəhbərlərinin yerinə olsam, qarşılıqlı oyunlara dəvət edərəm. Onlar 90 dəqiqə rəqibdirlər. O vaxt Mais Mənsimov, Tuyqun Nadirov bizi hakimin final fitindən sonra dəvət edərdi, gedib Lənkəranda ən bahalı restoranda yeyib-içərdik. Bu, həmişə qarşılıqlı olub.

- "Neftçi" rəhbərliyi biletin qiymətini 50 manat edib. Sizcə, baha deyil?

- Bu, klubun daxili işidir. Qarışmağa ixtiyarımız yoxdur. Məncə, fikirləşiblər ki, çempionatın son oyunudur. Qarşıdan da Avroliqanın finalı gəlir. Ən ucuz bilet də 60 avrodur. Bunlar da yoxlamaq istəyirlər ki, görək, 50 manata bilet alınır, yoxsa yox?

- Hər halda Azərbaycan Premyer Liqası ilə Avroliqa bir deyil...

- Bilirəm, amma bu oyunda olan maraq heç də final matçından geri qalmır.

- İstənilən halda bu cür addımlar azarkeşləri stadiondan küsdürür. Biz istəyirik, stadiona azarkeş gəlsin. Amma reallıqla yanaşsaq, bu gün azarkeşin biletə 50 manat verməyə imkanı yoxdur...

- Sözsüz ki, biz də azarkeşlərin stadiona gəlməsinin tərəfdarıyıq. Amma bizim klubun daxili işinə qarışmağa ixtiyarımız da yoxdur.

Son xəbərlər

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

Bütün xəbərlər