Ramazan ayının gündəlik müstəhəb əməlləri














Ramazan ayının bir çox müstəhəb (savabı çox olan, amma vacib olmayan) əməlləri var ki, onların da bəzilərini bu məqalədə dəyərli oxucularımızın nəzərinə çatdırırıq.

dogruxeber.tv islam.az-a istinadən bildirir ki, Ramazan günlərinin hər birinin ayrıca duaları var. Amma bunlarla yanaşı aşağıda diqqətinizə təqdim etdiyimiz duanı hər gün oxumaq da böyük savabdır:

"Bismillahir-Rəhmanir-Rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntərrəbbul-əzim. Əlləzi ləysə kəmislihi şəy. Və huvəs-səmiul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələşşuhur. Və huvəş-şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru Rəməzan. Əlləzi ənzəltə fihil-Quran. Hudəl-linnasi və bəyyinati minəl-huda vəl-furqan. Və cəəltə fihi ləylətəl-qədr. Və cəəltəha xəyrən min əlfi şəhr. Fəyazəl-mənni və la yumənnu ələyk. Munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fimən təmunnu ələyh. Və ədxilnil-cənnəh. Birəhmətikə ya ərhəmər-rahimin".

Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə! Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzəri yoxdur. O, eşidən və görəndir. Bu Ramazan ayı Sənin bütün aylardan böyük və kəramətli etdiyin, şərəfli və üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. O, Sənin insanların hidayəti üçün Quranı və haqqı batildən ayıran, doğru yola yönəldən aydın dəlilləri nazil etdiyin Ramazan ayıdır. O Ramazan ayında qədr gecəsini qərar verib, onu min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət qoyulmaz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy. Məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!

Elektron poçtumuza daxil olan məktublarda izləyicilərimiz Ramazan ayının müstəhəb namazları haqqında suallar verirlər. Buna cavab olaraq aşağıda gündəlik müstəhəb namazları təqdim edirik.

1-ci gün: 4 rükət =1 Həmd, 15 İxlas (hər rükətdə)

2-ci gün: 4 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)

3-cü gün: 10 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə)

4-cü gün: 8 rükət =1 Həmd, 20 Qədr (hər rükətdə)

5-ci gün: 2 rükət =1 Həmd, 50 İxlas (hər rükətdə).

6-cı gün: 4 rükət =1 Həmd, 1 Mülk (hər rükətdə)

7-ci gün: 4 rükət =1 Həmd, 13 Qədr (hər rükətdə)

8-ci gün: 2 rükət =1 Həmd, 10 İxlas (hər rükətdə) və namazdan sonra 1000 dəfə "Sübhanəllah".

9-cu gün: 6 rükət (Şam və Xiftən namazlarından sonra) =1 Həmd, 7 Ayətəl-kürsi (hər rükətdə) və namazdan sonra 50 salavat.

10-cu gün: 20 rükət =1 Həmd, 30 İxlas (hər rükətdə)

11-ci gün: 2 rükət = 1 Həmd, 20 Kövsər (hər rükətdə)

12-ci gün: 8 rükət =1 Həmd, 30 Qədr (hər rükətdə)

13-cü gün: 4 rükət =1 Həmd, 25 İxlas (hər rükətdə)

14-cü gün: 6 rükət =1 Həmd, 30 Zəlzələ (hər rükətdə)



15-ci gün: 4 rükət =1 Həmd, 100 İxlas (birinci rükətdə), 1 Həmd, 50 İxlas (ikinci rükətdə)

16-cı gün: 12 rükət =1 Həmd, 12 Təkasur (hər rükətdə)

17-ci gün: 2 rükət =1 Həmd, 1 İxlas (birinci rükətdə), 1 Həmd, 100 İxlas (ikinci rükətdə)

18-ci gün: 4 rükət =1 Həmd, 25 Kövsər (hər rükətdə)

19-cu gün: 50 rükət =1 Həmd, 1 Zəlzələ (hər rükətdə)

20-ci gün: 8 rükət = 1 Həmd, 1 istənilən surə (hər rükətdə)

21-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

22-ci gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

23-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

24-cü gün: 8 rükət =1 Həmd, 1 istənilən surə (hər rükətdə)

25-ci gün: 8 rukət =1 Həmd, 10 İxlas (hər rükətdə)

26-cı gün: 8 rükət =1 Həmd, 100 İxlas (hər rükətdə)

27-ci gün: 4 rükət =1 Həmd, 1 Mülk (28 İxlas da oxuna bilər, hər rükətdə)

28-ci gün: 6 rükət = 1 Həmd, 100 Ayətəl-kürsi, 100 İxlas, 100 Kövsər (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.

29-cu gün: 2 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə)

30-cu gün: 8 rükət =1 Həmd, 20 İxlas (hər rükətdə) və namazdan sonra 100 dəfə salavat.

Son xəbərlər

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Bütün xəbərlər