Azay Quliyev vətəndaşları fəal olmağa çağırdı









Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mayın 14-dən etibarən vətəndaşları QHT layihələrinin maliyyələşdirilməsiylə bağlı qərarvermə prosesində fəal iştiraka çağırıb.

Xatırladırıq ki, istənilən şəxs http://vetendas.e-qht.az/ saytında qeydiyyatdan keçdikdən sonra hər hansı say məhdudiyyəti olmadan layihələri online rejimdə qiymətləndirə və müvafiq rəyini bildirə bilər.

Faktxeber.com Azay Quliyevin müraciətini təqdim edir:

- Əziz dostlar!

Vətəndaşlara göstərilən elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi və elektron hökumətə keçidlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası göstərdiyi xidmətləri tamamilə elektronlaşdırır.

Şura 2019-cu ildə 20 elektron xidmətin vahid bazada birləşdiyi SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemini yaradıb. SƏLİS-ə daxil olan proqramlar arasında innovativliyi ilə seçilən və layihələrin qiymətləndirilməsi prosesində ölkə vətəndaşlarının iştirak edəcəyi yeni e-vətəndaş proqramı bu gündən, yəni mayın 14-dən etibarən istifadəyə verilir.

Məlumat üçün bildirim ki, indiyədək Şura üzvləri layihələrin maliyyələşdirilməsi zamanı ekspert rəyinə və layihə icrası ilə bağlı Katibliyin hər bir QHT haqqında təqdim etdiyi arayışa istinad edərək qərar qəbul edirdi. Bu gündən etibarən isə layihələrin maliyyələşdirilməsinə hər bir Azərbaycan vətəndaşının da rəy bildirmək və onları qiymətləndirmək imkanı olacaq. E-vətəndaş proqramından istifadə qaydaları haqqında Şuranın son aylar paytaxtda və regionlarda keçirdiyi çoxsaylı məlumatlandırma sessiyalarında, ictimai görüşlərdə və yaydığı açıqlamalarda ətraflı məlumat verilib. Lakin bu proqramın ilk dəfə tətbiq olunduğunu nəzərə alaraq, onun bəzi aspektlərinə qısa şəkildə toxunmağı vacib sayıram.

Əvvəla, layihə qiymətləndirilməsində vətəndaşlara yaradılan bu imkan hər şeydən öncə Şuranın fəaliyyətində şəffaflıq amilini daha da gücləndirir və bütövlükdə cəmiyyətdə qərar qəbuletmə prosesində vətəndaş iştirakçılığının təmin olunmasına xidmət edir. İnanırıq ki, hər bir layihənin maliyyələşdirilməsi üçün təqdim edəcəyiniz rəylər layihədə əks olunan problemlərin həllinə və vətəndaş maraqlarının nəzərə alınmasına öz töhfəsini verəcək.

Bundan başqa, bu xidmət bütövlükdə ictimai sektorun fəaliyyətinin daha geniş miqyasda təbliğinə, QHT layihələrinin həm maliyyələşdirilməsində, həm də icrasında rəqabət və məsuliyyət hissinin daha da artırılmasına şərait yaradacaq. Onu da qeyd edim ki, Şura vətəndaşları təkcə layihələrin maliyyələşdirilməsi prosesinə cəlb etməklə kifayətlənməyəcək, onlara həm də digər proqramlar vasitəsilə layihələrin hesabatlılıq vəziyyətini online müşahidə etmək imkanı yaradacaq. Bu da öz növbəsində layihələrin icrasına və keçirilən tədbirlərə ciddi ictimai nəzarət mexanizminin tətbiqi baxımından mühüm yenilikdir.

Nəhayət, layihələrin maliyyələşdirilməsində bütün vətəndaşların iştirakı və bütövlükdə Şuranın tətbiq etdiyi digər yeniliklər, ölkədə aparılan geniş islahatlara ictimai dəstək verməklə yanaşı, vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə, azad və obyektiv vətəndaş rəyinin nəzərə alınmasına və cəmiyyətdə sosial ədalətin daha da güclənməsinə xidmət edəcək.

Əziz dostlar!

Sizi 7 iyun 2019-cu ilə kimi davam edəcək layihələrin vətəndaşlar tərəfindən qiymətləndirilməsi prosesində fəal olmağa və ən yaxşı layihələrin seçimində iştirak etməyə çağırıram.

Hörmətlə, Azay Quliyev

Azərbaycan Respublikasının Prezidenti yanında

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər