Azərbaycanda qohum evlilikəri qadağan oluna bilər?














Günümüzdə ən çox rast gəlinən hallardan biri də valideynlərin övladlarını qohumla evləndirməsidir. Bu çoxdan ölkə miqyaslı problemə çevrilib. Bəziləri bunun daha düzgün olduğunu, digərləri belə evliliklərin fəsadları olduğunu bildirirlər.
2016-ci ildə Tacikstanda qohum evlilikərin qadağan olunması barədə qanun qəbul edilib. Özbəkstanda isə belə bir layihə hazırlanıb, amma hələ ki qanun kimi qüvvəyə minməyib.

Azərbaycanda da belə qadağa qüvvəyə minə bilərmi?
Qohum evliliklərlə bağlı məsələyə dair Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadədən münasibət öyrəndik.
Hüquqşünas bu kimi hallara daha çox Şərq ölkələrində rast gəlindiyini deyib:

“Bir çox ölkələrdə məsələyə dair müxtəlif təkliflər var. Bu cür problemlərə daha çox Şərq ölkələrində rast gəlinir. Azərbaycan qanunvericiliyində bu tip qadağa yoxdur, əksinə bəzi bölgələrdə el adətləri var ki, orada belə evliliklərə çox rast gəlinir. Xüsusi ilə bibiqizi və dayıoğlu arasında qohum evliliyi daha çox müşahidə olunur. Bizim komitəyə bununla bağlı şikayət olunmayıb”.
Tural Hüseynzadə deyir ki, qadağa olmadığı təqdirdə belə evliliklərə rast gəlinəcək. Onun sözlərinə görə, hələ ki insanları maarifləndirməsi ilə qohum evliliklərindən çəkindirmək olur. Amma bir çox hallarda töviyələrə, maarifləndirməyə əhəmiyyət verməyənlər də olur:
“Bu cür evliliklərdə xırda problemin aradan qaldırılması daha çətin olur, nəinki əvvəllər bir-birin tanımayıb ailə quranlarda. Qohumlar bir-birlərinin hər xasiyətini bildiyinə görə və daha təməldən aralarında olan münasibətləri əsas gətirib problemləri böyüdürlər.
Tanış olmayan evliliklərdə ən uzağı ata və analar bu problemləri bilir, amma iki yaxın qohumun ailə problemini bütün nəsil bilmiş olur. Buna görə də məsləhət verən, müdaxilə edən də pis-yaxşı tərəfdən çox olduğuna görə ailədaxili münaqişənin xırda detalı artıq böyüyür və bu da ailənin dağılmasına yol açır”.

Komitə rəsmisi bu cür problemlər yalnız qlobal hal aldıqda o haqda tədbir görüldüyünü deyir:

“Problemlər yarandıqda dövlət qurumlarının əsasnaməsinə uyğun hərəkəti var. Hər bir məsələ daha çox qlobal problem yaratdıqca, onun həll olunması istiqamtində işlər görülür. Bizə ailənin münaqişəsi ilə bağlı müraciətlər olur, amma sırf qohum evliliyinin əleyhinə müraciətlər yoxdur. Bu evliliklər millətimizin öz qənaətidir”. (modern.az)

Oxunub: 695

Son xəbərlər

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

“Brent” bahalaşdı

Bu yolda sürət həddi endirildi

Pakistan 400 km mənzilli "Fatah-2" çoxnövlü raket sistemini uğurla sınaqdan keçirdi

Bu avtomobillər dövlət mülkiyyətinə keçəcək

Günəşdə ard-arda üç güclü PARTLAYIŞ

Ağsuda sosial yardım qalmaqalı: vətəndaş müraciəti, yazılı “zəmanət” və sonradan geri tələb olunan 922 manat

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

Bütün xəbərlər