idman
23.05.2019
Məşhur qapıçı 43 yaşında karyerasını başa vurdu

Macarıstan milli komandasının sabiq qapıçısı Qabor Kiray karyerasını başa vurub.
dogruxeber.tv verir ki, Kiray 43 yaşında əlcəklərini mıxa keçirib.
Qolkiper Macarıstan millisində 1998-2016-cı illərdə 108 oyun keçirib. O, "Herta", "Kristal Pelas", "Börnli", "1860 Münhen" kimi klublarda çıxış edib. Kiray karyersına futbola başladığı "Haladaş" klubunda son qoyub.milli.az


