gundem / dunya
27.05.2019
Litvada prezident seçkilərinin ikinci mərhələsinə səsvermə başa çatıb
![]()
Bu gün Litvada prezident seçkilərinin ikinci mərhələsinə və Avropa Parlamentinə deputat seçkilərinə səsvermə başa çatıb.
Trend-in məlumatına görə, yerli vaxtla saat 20:00-da səsvermə hüququna malik 2,472 milyon vətəndaşın (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır)səs verə biləcəyi ölkə üzrə 2 minə yaxın məntəqə bağlanıb.
İlkin məlumata əsasən, səsvermədə 42,69 faiz vətəndaş iştirak edib
Litvanın prezidenti postuna 2 namizəd var.


