gundem
30.05.2019, 17:48
İcra başçısının müavini işdən çıxdı - Prezident Administrasiyasına təyinat aldı

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı vəzifəsindən azad edilib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.
N.Muxtarlı Prezident Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.


