gundem
31.05.2019, 14:52
Putin Fərman Salmanovla bağlı göstəriş verdi
![]()
Rusiya prezidenti Vladimir Putin Rusiya aeroportlarına vətən qarşısında xüsusi xidmətlərinə görə fərqlənmiş şəxslərin adını verib. Müvafiq sənəd prezidentin rəsmi portalında dərc edilib.
Surqut şəhər Beynəlxalq Aeroportuna isə tanınmış neftçi, Qərbi Sibir neftinin ixtiraçısı, "Qlavtumengeologiya"nın əfsanəvi rəhbəri Farman Salmanovun adı verilib.
Moksvanın Vnukova aeroportuna təyyarə dizayneri Andrey Tupolevin, Domodedovo aeroportuna alim Mixail Lomonosovun, Şeremetova aeroportuna isə şair Aleksandr Puşkinin adı verilib.
Xatırladaq ki, Farman Salmanovun birbaşa iştirakı ilə Qərbi Sibirdə, o cümlədən Urenqoysk və Yamburqsk yataqları daxil olmaqla, böyük neft yataqları tapılıb.


