gundem / sosial
13.06.2019, 16:40
İcra başçısı generalla quda oldu
![]()
Azərbaycanın hakim elitasında daha bir ittifaq-qudalığın əsası qoyulub.
dogruxeber.tv azpolitika.info-ya istinadən xəbər verir ki, Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı Oruc Zalovla quda olub - başçının qızı generalın qardaşı oğlu ilə ailə qurub.
Toy mərasimi iyunun 11-də Bakının prestijli şadlıq saraylarından birində baş tutub.
O.Zalovun qardaşının iş adamı olduğu bildirilir.


