Həkim işlədiyi klinikanı ifşa etdi - Keyfiyyətsiz dərmanlar, qadağan olunmuş kameralar...














Bakının Sabunçu rayonunda yerləşən "Stimul Hopsital”la bağlı ifşaedici məlumatlar yayılıb.


Medicina.az xəbər verir ki, klinika barədə bubməlumatları elə həmin tibb müəssisəsində işləyən Umud Xəzəroviç adlı həkim yazıb.

Həkim bildirib ki, işlədiyi klinika gördüyü ən səviyyəsiz idarəetməsi olan qurumdur: ""Stimul Hospital” mənim gördüyüm və sizin də görüb-görəcəyiniz ən səviyyəsiz idarəetmə üsulu olan xəstəxanadır. Siz təsəvvür edin ki, qanunla qadağan olunmasına rəğmən palatalara belə kamera yerləşdirilib. Heç bir həkim burda daimi qala bilmir. Gecə növbələrində işləyən həkimin istirahət otağı yoxdur. Yayın cırhacırında kondisioneri işləməyən və pəncərəsi açılmayan dar otaqda, divanda dincəlməyi tələb edirlər”.

Həkimin iddiasına görə, klinikada istifadə olunan dərmanların keyfiyyəti çox aşağı olur: "Dərmanları hardan alırlarsa, keyfiyyəti və təbii ki, təsiri aşağı olur. Hər şeyi də qramla verirlər. Xəstə altı bezdən tutmuş, xəstənin yeməyinə qədər hər şey çox qısıtlı olur. Mənə hər dəfə irad tutulur bəzi məsələlərə görə. Məsələn, niyə xəstənin təzyiqini aşağı salmaq olmur. Xəstə yaxının yanında deyə bilmirəm ki, xəstənin daimi istifadə etdiyi təzyiq dərmanı yoxdur klinikada, əlimin altındakı dərmanlar da istifadə etmişəm, effekt vermir. İndi də deyirlər ki, get saunaya oxşar otaqda otur. Təbii ki, rədd cavabı verdim. Ən azından ona görə ki, belə bir şeyi qəbul etmək özünə, həkim adına hörmətsizlikdir”.
U.Xəzəroviçin sözlərinə görə, klinikada Vİp palata kimi təqdim olunan otaqlarda da biabırçı vəziyyət hökm sürür: "VİP palata dedikləri otaqda sadəcə divan artıqdır. Hamam-tualet isə təbii ki, yoxdur VİP palatalarda”.
Həkim sonda insanlara da müraciət edib: "Xəstəlik imkan verməyin sizə yaxın gəlsin, amma şayət, xəstələnsəniz, burdan uzaq durun. Xəstə yoxluğuna görə bizi işdən çıxarsalar da olar. Xəstənin yanında üzü qızarmaqdan daha yaxşıdır. Reanimasiyanın şöbə müdirinin aylıq maaşını kəsiblər ki, ancaq xəstə olan vaxtların pulunu verəcəyik”.
Klinikanın mövqeyini dərc etməyə hazırıq.

Oxunub: 794

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər