gundem
10.07.2019, 20:46
Bağlanmış universitet dövlət qurumunu- MƏHKƏMƏYƏ VERİB
![]()
Fəaliyyəti dayandırılan Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsini məhkəməyə verib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 1 yanvar 2012-ci ildən 1 oktyabr 2018-ci ilin üçüncü rübü də daxil olmaqla, təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı mümkünsüz sayaraq qərardad çıxarıb. /XeberEkspress.az


