gundem
16.07.2019, 12:56
Səhiyyə Nazirliyi Şəkidə xəsarət alanların son vəziyyətini açıqlayıb

Səhiyyə Nazirliyi Şəki Xan Sarayının qarşısındakı çinarın budaqlarının aşması nətiəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən dogruxeber.tv-a verilən məlumata görə, Şəki Mərkəzi Rayon Xəstəxanasında müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədovun vəziyyəti isə orta ağırdır.


