“Diqlas”ın əsas binasının söküntüsü yekunlaşır





İşlər artıq tikilinin birinci mərtəbəsində aparılır; ərazinin tam olaraq sentyabr ayına təmizlənəcəyi gözlənilir…

Martın 26-da yanğın baş verən “Diqlas” Ticarət Mərkəzinin əsas hissəsinin söküntüsü yekunlaşır. “Yeni Müsavat”ın əməkdaşı ərazidə olduğu zaman müşahidə edib ki, ticarət mərkəzinin artıq birinci mərtəbəsinin söküntüsü həyata keçirilir.

Məlumat üçün bildirək ki, ötən aydan etibarən ticarət mərkəzini yuxarıdan aşağı olmaqla sökməyə başlayıblar. Söküntü xüsusi texnikalar vasitəsilə həyata keçirilir. “Diqlas”ın qarşısında avtomobillərin hərəkəti məhdudlaşdırılmasa da, piyadaların əraziyə buraxılması yasaqlanıb. Bundan əlavə, ticarət mərkəzinin qarşısından polislərin quraşdırdığı maneə götürülüb. Bunun yerinə təhlükəsizlik məqsədilə dəmirdən hasar çəkilib. Hazırda “Diqlas”ın arxasında, sağ və sol yanlarında eskalatorlar işləyir. Bildirilib ki, söküntü işləri sentyabr ayınadək tamamilə yekunlaşacaq.

Bundan əlavə, hazırda ticarət mərkəzinin ətrafında fəaliyyət göstərən tikililərin hamısı sökülüb. Onlara hər hansı bir maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Eyni zamanda “Diqlas”ın arxasında böyük bir sahədə piştaxta qurub, müxtəlif ucuz geyimlər satanlara da dövlət tərəfindən maddi yardımın edilməsi nəzərdə tutulmayıb. Lakin müşahidə etdik ki, bazarın yuxarı hissəsində yenidən piştaxta qurub ucuz geyimlər satırlar.

Hüquqi Aktların Dövlət Reyestr Xidmətinin yaydığı məlumatda qeyd edilib ki, maddi yardımın məbləği mağaza, anbar icarəyə götürmüş zərərçəkmiş sahibkara – 10000 manat; piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara – 2000 manat müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, rəsmi açıqlamalara görə, binanın yanğından tam şəkildə mühafizə olunan sahəsi isə 275 kvadratmetr təşkil edib. Belə ki, yanğından tam qorunan 175 kvadratmetrlik sahə binanın sağ yan hissəsinə, 100 kvadrat metrlik sahə isə binanın ön hissəsində yerləşən mağazalara aiddir. Binanın ümumi sahəsi 17 559 kvadratmetrdir.

Yanğın nəticəsində zərər görən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif yerlərdə, aylıq icarə haqqı ödəmədən obyektlərdə ticarətlə məşğul olma imkanı yaradılıb. İstəyən sahibkar bu imkandan yararlana bilir. Lakin sahibkarların əksəriyyəti ilə söhbətimiz zamanı onlar bildirdilər ki, əlavə iş qurmaq üçün əllərində heç bir vəsait yoxdur. Ona görə də yaradılan imkandan yararlana bilmirlər…

“Diqlas”ın binası söküldükdən sonra yerində hansı məqsədlə və nə üçün tikilinin ucaldılacağı barədə rəsmi açıqlama verilməyib. Sadəcə olaraq, ticarət mərkəzinin rəhbərləri zərərçəkən sahibkarlarla söhbətləri zamanı bildiriblər ki, burada yenidən bina inşa ediləcək və yenidən ticarət mərkəzi kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ticarət mərkəzində baş verən yanğın zamanı ölən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər