İsmayıllının Urşan meşəsində ağac soyqırımı-Video/Foto





Bir çox dövlət qurumları var ki, öz işlərinə layiqincə yanaşmır. Belə olduğu təqdirdə isə idarə, müəssisə və təşkilatlarda bir sıra qanuna zidd işlərin baş verməsi labüddür. Bu gün bəhs edəcəyimiz mövzu məhz işinə laqeyd yanaşan dövlət qurumlarından biri haqqında olacaq. O qurum isə cəmiyyətin böyük əksəriyyətinin qəzəbinə səbəb olmuş bir sıra qanunsuz işlərə göz yuman Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bizi əhatə edən hər şey təbiətdir. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımızda, sağlamlığımızda onunla bağlıdır. Təbiətin ayrılmaz hissələrindən biri meşələrdir. Almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad veriblər: “Yaşıl ciyər”. Yaşıllıq insana çörək qədər lazımdır. Həm də çörəksiz yalnız insan məhv olduğu halda yaşıllıqsız, meşələrsiz təkcə insanlar deyil, başqa canlılarda yaşaya bilməz.
İsmayıllının Urşan meşəsində ağac soyqırımı-Video/Foto














Meşələr bizim məişətimizin bir hissəsidir. Yaşıllıq əhatəsində insanı işıqlı fikirlər öz ağuşuna alır. Xoş Əhvali-ruhiyyə qrup yaratmaq eşqi güclənir. Bəs gəlin görək, bizdə meşələrə qayğı və diqqət hansı səviyyədədir? Belə ki, dogruxeber.tv İnformasiya Agentliyi olaraq, ötən buraxılışlarımızda bu mövzu haqqında geniş məlumat vermişdik. Qeyd etmək istəyirik ki, son dövrlər Bakıda və bir çox rayonlarda yaşıllıqların kütləvi məhv olması barədə sosial mediada bir çox məlumatlar dərc olunmuşdur. Sosial media olaraq, müşahidələrimizdən belə qənaətə gəlirik ki, yaşıllıqların məhv olması barədə bir çox qanun pozuntuları məqsədli şəkildə həyata keçirilir. Belə olduğu təqdirdə isə Nazirliklər ölkə rəhbərinin onlara qarşı göstərdiyi etimadlara laqeyd yanaşdıqlarını ortaya qoyurlar.
Bir neçə gün öncə dogruxeber.tv İnformasiya Agentliyinin redaksiyasına İsmayıllı rayonunun Urşan meşəsindən və eyni zamanda Sabirabad və digər rayonlardan qan dondurucu video materiallar daxil olmuşdur. Nəzərinizə onu da çatdıraq ki, bir neçə ay öncə bəhs etdiyimiz mövzu haqqında Ekologiya Nazirliyinə elektron və şifahi müraciətlərimiz olmuşdur. Təəssüflə, qeyd etmək istəyirik ki, Nazirlik müraciətlərimizi çətinliklə də olsa, qeydə alıb deyilən ərazilərdə yoxlamalar apardı. Nəticə olaraq, apardıqları yoxlamalar zamanı şəxsi maraqlarına xidmət etdikləri üzə çıxdı. Bölgə üzrə nümayəndəmizin verdiyi məlumata əsaslanaraq bildiririk ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin region üzrə nümayəndəsi Nəriman və Fəda adlı şəxslər İsmayıllı rayonunun Urşan meşəsində meşəbəyi Xıdırov Ələddinlə birliktə yoxlamalar apardıqları zaman məsələnin rüşvət qarşılığında həll olunması haqda razılaşma əldə ediblər.
Belə ki, sözü gedən məsələ ilə bağlı redaksiyamıza müraciət edən şəxs yuxarıda adlarını qeyd etdiyimiz əməkdaşlara və iki digər şəxsə meşədə qırılan ağacların yerini göstərmək üçün bələdçilik edib. Adının anonim qalmasını istəyən rayon sakini nazirlik əməkdaşlarını əraziyə gətirdikdən sonra ərazidən uzaqlaşıb. Bir xeyli getdikdən sonra yoxlamanın gedişatından məlumatlı olmağı üçün onları izləmək qərarına gəlib. Nazirlik əməkdaşlarından bir neçə metr məsafədə gizli olaraq dayanıb gedişatı izləyən rayon sakini meşə gözətçisi Ə.Xıdırovun əməkdaşlara “şok”edici təklif etdiyinin şahidi olub. Söhbət rüşvət qarşılığında baş vermiş hadisənin ört-basdır olunmasından gedib. Hətta meşə gözətçisi Ə.Xıdırovun yaxşı “tut arağı” ilə onlara qonaqlıq verəcəyini də bildirib. Bu məsələnin bir tərəfi;
1. Növbəti buraxılışımızda diqqətinizə çatdıracağımız mövzu Urşan meşəsində baş vermiş hadisə necə Qalıncaq meşəsinin adına yazıldı?
2. Sabirabad, Şirvan meşələri kimlər tərəfindən qanunsuz zəbt olundu?
3. Rayon sakinin qanunsuz zəbt olunmuş meşə əraziləri barədə nazirliyə etdiyi müraciətə nazirlik nə üçün baxmır?
Bu və ya digər məsələlər üçün gələn buraxılışlarımızda ətraflı məlumat verəcəyik...
Qarşı tərəfin mövqeyini dinləyib, dərc etməyə hazırıq.

İsmayıllının Urşan meşəsində ağac soyqırımı-Video/Foto

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər