hadise
24.07.2019, 16:07
Qaçırdığı “07” ilə birgə saxlanıldı

İyulun 22-də Suraxanı rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini E.İbadullayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
“dogruxeber.tv” xəbər verir ki, 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini A.Quliyev iyulun 23-də avtomobillə birgə saxlanılıb./Qafqazinfo


