Sevgilisini öldürdüyü gün ərinə “ad gününə gedirəm” deyibmiş












Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini öldürməkdə təqsirləndirilən 37 yaşlı Günel Qasımovanın məhkəməsi keçirilib.

“dogruxeber.tv”ın verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə şahidlər dindirilib.

Polis əməkdaşı Xaliq Həbibov deyib ki, xidmətdə olduqları zaman iki nəfər onlara yaxınlaşaraq park ərazisində bir nəfərin yerə yıxıldığını gördüklərini deyib: “Elə bildim kimsə spirtli içki içən şəxsdir. Çünki adətən belə hadisələr olurdu. Ora gələndə bildik ki, ölüb, üstü qan idi. Dərhal idarəyə xəbər verdik”.

G.Qasımovanın iş yoldaşı Rəna Nəcəfova deyib ki, Günel həmin gün evdən çıxarkən həyat yoldaşına “Rənanın ad gününə gedirəm” deyib: “Mən bunu istintaq zamanı bildim”.

G.Qasımovanın həyat yoldaşı Rəhim Qasımov bildirib ki, 2004-cü ildən evli olublar: “Hadisə baş verən gün Günel mənə dedi ki, iş yoldaşı Rənanın ad gününə gedir”.

Taksi sürücüsü Abdurəhman Abdurəhmanov isə Güneli hadisə baş verən günü Yasamaldan Xırdalana apardığını təsdiqləyib.

Mərhum Ramiz Hüseynovun dostları qeyd ediblər ki, hadisədən əvvəl Ramizlə görüşüblər və o, tez-tez telefonda kiminləsə danışırmış. Onlar Ramizin Günel adlı bir qızla görüşdüyündən xəbərdar olublar.

G.Qasımova isə özünü təqsirli bilməyib və R.Hüseynovu öldürmədiyini deyib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Abşeron rayonunda baş verib. Xırdalanda yaşayan 40 yaşlı Ramiz Hüseynov parkda bıçaqlanıb və çoxlu qan itirdiyindən hadisə yerində ölüb. Onu öldürüb hadisə yerindən qaçmaqda şübhəli bilinən Günel Qasımova həbs edilib./Qafqazinfo

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər