Arvadını öldürüb polisə zəng etdi: “Namusumu təmizlədim, gəl məni tut”














49 yaşlı Tufan Qurbanov 22 illik ömür-gün yoldaşını namus üstündə qətlə yetirdiyini deyir. Arvadına 18 bıçaq zərbəsi endirən ərin ürəyi bununla soyumayıb, onun boğazını kəsib.


Polislər tərəfindən həbs olunan Tufan Qurbanov üzünü hadisə yerinə toplaşanlara tutaraq "qonşular, eşidin, mən namusumu təmizlədim" deyib.


Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bakı şəhər sakini Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


dogruxeber.tv virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə şahid qismində Gülay Muradova ifadə verib.


O, ifadəsində mərhumla qohumluq əlaqələri olmadığını, onların həyətində kirayə yaşadıqlarını deyib:


"Hadisə baş verən gün evdə idim. Qışqırıq səsi eşitdim. Anası qışqırırdı, deyirdi ki, "öldürdü". Sonra polislər gəldilər. Qətlin nə səbəbə görə baş veridyini bilmirəm. Özü deyirdi ki, xəyanətə görə öldürüb".


Tərəflərin suallarını cavablandıran şahid mərhum Lalənin kiminlə yazışdığını bilmədiyini söyləyib: "Whatsapp"da statusda şəkil paylaşırdı. Bir kişi ilə çəkdirmişdi. Həmin kişinin kim olduğunu bilmirəm. Şəkli ötəri görmüşdüm".


Təqsirləndirilən T.Qurbanov yerindən replika verib: "Yazışırdı da, görüşürdü də, neçə dəfə özüm tutmuşam. Mənim uşaqlarımın yanında başqa kişi ilə danışırdı, görüşürdü".


Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər aşkarlanıb. Onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaq zamanı G.Muradova ifadəsində Lalənin dəniz kənarında bir kişi ilə şəkil çəkdirdiyini, həmin şəkli statusa qoyduğunu göstərib...


Məhkəmə digər şahid Ənvər Quliyevin məcburi gətirilməsi barədə qərar çıxarıb.


Məhkəmə prosesi avqustun 29 -da davam edəcək.


Qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Onun əri Tufan Qurbanov mətbəx bıçağı ilə qadına 18 zərbə vurub. Daha sonra isə boğazını kəsib.


İttihama görə, T.Qurbanov arvadını, başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib.


O deyib ki, yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, "namusumu təmizlədim, gəl məni tut, apar".


Mərhumun anası isə deyilənləri təkzib edir, qızına şər atıldığını, boşanmaq istədiyi üçün əri tərəfindən öldürüldüyünü iddia edir. O, üç uşaq anası olan Lalənin ər evində zülm çəkdiyini, döyüldüyünü, işgəncələrə məruz qaldığını, gecə saatlarında dəfələrlə döyülüb evdən qovulduğunu, əriştə kəsib, düşbərə büküb sataraq pul qazandığını deyib:


"Mənim qızım ərinə xəyanət etməyib. Qızımı şərləyirlər".

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər