“BAŞ DİREKTOR “AZƏRPOÇT”DA YOXLAMALARI QƏSDƏN UZADIB” – Maliyyə Palatası ilə sövdələşib?




“Azərpoçt” MMC-nin baş direktoru Maliyyə Bazarlarına Nəzarət Palatasının yoxlamasından öz məqsədləri üçün yararlanmaq istəyir. Belə ki, o, bu yoxlamadan istifadə edərək rabitəçilərin şikayət və narazılıqlarının cənab Prezidentimizə gedib çatmasının qarşısını almağa çalışır…” Bu fikirlər “AzPolitika.info”-ya adının çəkilməsini istəməyən rabitəçilərdən birinin məktubunda ifadə olunub.

Məktub müəllifi qeyd edir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən (MBNP) “Azərpoçt”da hər hansı bir problemin olmaması ilə bağlı açıqlama yayılıb:“Palatanın əməkdaşları qrafikə uyğun olaraq 1 aya yaxındır ki, “Azərpoçt” MMC-də yoxlamalar aparır. Ancaq nə kütləvi şəkildə qurumda vəsaitlərin mənimsənilməsini, nə 1 saylı poçt filialının xəzinəsində toplanan və ordan çıxarılan pullarla bağlı qanunsuzluqları, nə də digər cinayət tərkibli nöqsanları, “Azərpoçt”un dağıdılmasını “aşkar etməyiblər”. Qururumda gəzən söhbətlərdən isə belə aydın olur ki, Emin Əfəndiyevin “Azərpoçt”dakı fəaliyyəti dövründə maliyyə göstəricilərinin normativlərə, prudensial normalara uyğunluğu yoxdur…”

Daha sonra məktubda bildirilir ki, Maliyyə Nəzarət Palatasının yoxlamaları iyul ayının beşində başlayıb, otuz birində bitməli idi: “Palata “Azərpoçt” MMC-yə bu qurum tərəfindən problemli kreditlərə görə ödənilən kompensasiyaların yoxlanılması məqsədilə gəlib. “Azərpoçt” MMC-nin ixtisasca bankir olan Baş direktoru isə Palatanın gəlişindən öz xeyrinə istifadə etmək istəyib. Plan qurmuşdu ki, rabitəçilərin şikayət və narazılıqlarının cənab Prezidentimizə gedib çatmasının qarşısını ala bilsin. Belə ki, Baş direktor elə hesab edirdi ki, Palatanın “Azərpoçt”da yoxlama aparmağını bilən rabitəçilərin şikayətlərinin və etirazlarının sayı səngiyəcək.Beləliklə də, Baş direktorda xüsusi maraq bəslədiyi və səbirsizliklə gözlədiyi,bankirin “pulkəsən maşını” olacaq “Bakı Poçt Filialı” sentyabrın 1-də sakitcə işə başlayacaq.

Ancaq iyulun sonları Palatanın gəlişinin səbəbini bilən rabitəçilər, baş verən cinayət tərkibli qanunsuz əməllər, hüquq və qanunların pozulması faktları ilə bağlı aidiyyatı üzrə dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına məktub göndərməyə, “Azərpoçt”da yoxlamaların aparılmasını tələb etməyə başladılar. Bundan xəbər tutan Emin Əfəndiyev hansısa yollarla Palatanı qurumda əlavə 1 ay da saxlamağa müvəffəq olub. Palatanı avqustun 31-nə kimi “Azərpoçt”da saxlamaqda məqsəd odur ki, bu müddətdə digər dövlət qurumlarından MMC-yə yoxlama girə bilməsin. Əfəndiyevin də əməllərinin üstü örtülü qalsın ki, “Baki Poçt Filialı”nı sentyabrın 1-də işə sala bilsin”.

Daha sonra rabitəçi “Azərpoçt”da yoxlama aparan auditlərin diqqətinə bəzi məlumatları çatdırıb: “Deyilənlərə görə, bir çox vətəndaşlara plastik kartlar vasitəsilə qeyri-nəğd şəkildə ödənilən kompensasiyaların 1200-1300 manatdan yuxarı hissəsi kartlarda olmur. Bu problemlə qarşılaşan vətəndaşlara qurumun aidiyyatı işçiləri tərəfindən bildirilir ki, qalan məbləğ 1 il ərzində hissə-hissə kartlarına köçuruləcək.

Qeyd edim ki, plastik karta ödənilən kompensasiyalar may ayının 1-dən etibarən vətəndaşlara verildi. Mayın 4-nə qədər heç bir problem və narazılıq yaşanmadı. Ancaq mayın 5-i tarixində 1200-1500 manatdan çox məbləğı olan vətəndaşlar kompensasiyaları almaq üçün kartlarını bankomantlara saldıqda “vəsait yoxdur” cavabı alırdılar. Kütləvi şəkildə “Azərpoçt”a, “Qaynar xətt”ə müraciətlər edildi .Həmin gün – ayın beşində vətəndaşlara verilən cavab bu oldu ki, sistemdə problem var, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri araşdırıb həll edəcəklər. Ayın altısında isə qurum tərəfindən tapşırıq verildi ki, vətəndaşlara məlumat verin ki, kartlarında pul vəsaiti görmədikləri zaman narahat olmasınlar, ilin sonuna qədər hissə-hissə və yaxud bütöv şəkildə pullar kartlarına köçürüləcək.

Bir daha qeyd edim ki, mayın birindən dördünə kimi məbləğdən asılı olmayaraq, hər kəs pulunu kartdan çıxarıb nəğdləşdirə bilirdi. Altısında isə ancaq kartında 500-dən 800-ə qədər vəsait olanlar pullarını nəğdləşdirə bildilər. 1000, 1200 manat pul isə yalnız 50 adamdan birinin kartına köçürülürdü. Mayın sonlarından isə kartlara demək olar ki, yalnız 500-600 manat arası pullar köçürüldü.

Daha yaxşı olardı ki, “Azərpoçt” MMC-də yoxlamalar zamanı auditlər şahidi olduqları nöqsanları – qeyri-rəsmi ixtisarları, vəsaitlərin hansı yollarla mənimsənildiyini, ciddi qanun pozuntularını, “işə qəbulla” bağlı qondarma komissiyanın fəaliyyətini araşdırsınlar. Həmçinin, COLVER sistemilə mənimsənilən vəsaitləri, poçt filiallarının müştəri xidmətləri şöbəsinə göndərilən 100 minlərlə manat pullar, digər qanunsuzluqlar barədə məlumat versinlər. Palata qurumda yoxlama apardığı bu müddət ərzində aşkar etdiyi ciddi qanun pozuntularına göz yummasın”.

Sonda məktubda bildirilir ki, rabitəçilər ölkə mətbuatındakı şikayətlərinin və kütləvi şəkildə cənab Prezidentə yazdıqları teleqramların, şikayət məktublarının cavabsız qalmayacağına inanırlar: “Emin Əfəndiyevin sayəsində ölkə poçtu dağılmaq üzrədir. İnanırıq ki, rabitəçilərin bu fəryadına ölkə Prezidenti İlham Əliyev cənabları səs verəcək. Poçtumuzu sizlərə peşkəş etməyəcəyik! İki əsr yaşa malik, şərəfli yol keçmiş ölkə poçtunu qoruyub saxlayacağıq. Çunki respublikamız 2-ci dəfə müstəqillik əldə etdikdən sonra apardığı məqsədyönlü islahatlar nəticəsində ölkə poçtuna ikinci nəfəs verən Ümummilli lider Heydər Əliyev milli poçt operatorunu qorumağı, ona sahib çıxmağı biz rabitəçilərə həvalə etdi. Odur ki, sizə hələlik burdan səslənirik: hörmətli nəfsi gen-bol “bankir” və onun “əli əyri peşkaları”, bu gün “Azərpoçt” MMC-nin rəhbərliyində ola bilərsiz. Ancaq unutmayın ki, ölkənin rəhbəri var – cənab İlham Əlliyev. Onun poştumuzu qoruyacağına inanırıq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının davamlı olaraq qurumlar üzərində nəzarət tədbirlərini həyata keçirməli və hesabatlarını qanunvericiliyə uyğun olaraq ictimailəşdirməli olduğunu vurğulayan məktub müəllifi, “Azərpoçt”la bağlı da məlumatları gizlətməməyə çağırıb: “Palata şahid olduqları ciddi qanun pozuntularını ört-basdır etməsin, ictimailəşdirilsin. O cümlədən, “Azərpoçt”da yol verilən nöqsanların xarakterik xüsusiyyətləri öz əksini tapsın. Həmçinin, bununla bağlı görülən tədbirlər barədə ictimaiyyət davamlı olaraq məlumatlandırılsın. Hesab edirəm ki, yalnız bu halda Maliyyə Nazirliyinin dövlət vəsaitləri üzərində keyfiyyətli nəzarətini gücləndirmək mümkündür”.

Məktubda qeyd olunanlarla bağlı “Azərpoçt” MMC-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının da mövqeyini işıqlandıqmağa hazırıq.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər