“Yeni Gundem” saytı 2 yaşını qeyd edir













“YeniGundem.Az” informasiya portalının yaranmasından 2 il ötür.

2017-ci ilin avgustun 10-da fəaliyyətə başlayan portal iki il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portalın baş redaktoru Təbriz Məhərrəmoğlu bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən iki il ərzində “Yenigundem”i tanıtdıra və özünün oxucu dairəsini yarada bildik.

Bundan başqa, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”. Onu da qeyd edim ki, “Yenigundem”in qarşısında məqsədlərinə nail olmaq üçün hələ qət ediləsi uzun bir yol var: “Məqsədimiz yalnız ölkə daxilində mövqe qazanmaq deyil. Eyni zamanda portalı Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi işində ciddi informasiya ruporuna çevirməkdir”.

Təbriz Məhərrəmoğlu onu da bildirib ki, qarşıdakı müddətdə “Yenigundem” öz fəaliyyətini daha da genişləndirəcək: “Sıralarımızı böyütməyə, texniki imkanlarımızı daha da gücləndiriməyə çalışırıq. Hədəfimiz daha böyük izləyici auditoriyası toplamaqdır. Bu istiqamətdə konkret fəaliyyət proqramımız var. Axsayan və üstün tərəflərimizi təhlil edirik ki, növbəti mərhələlərdə büdrəməyək”.

Oxunub: 812

Son xəbərlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

Bütün xəbərlər