hadise / dunya
15.08.2019
Yer sürüşdü, torpaq 6 nəfəri "uddu"

Çinin cənub-qərbində torpaq sürüşməsi baş verib.
dogruxeber.tv-ın məlumatına görə, təbbi fəlakət nəticəsində 6 nəfər torpaq altında qalaraq ölüb. Daha 1 nəfərin itkin düşdüyü bildirilir.
Məlumata görə, 70 min kub metrlik dağ massivi yaxınlıqdakı iki yaşayış evinin üstünə dağılıb. Ərazidə növbəti sürüşmələrin olması istisna edilmir./Trend.az
Hazırda xilasedicilər tərəfindən ərazidə itkin düşmüş şəxsin axtarışları aparılır.


