Ağacan Abıyevin adı “diplom işi”ndə hallanır – Saxtalaşdırılmış imza, yoxsa?…






Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının keçmiş rektoru, millət vəkili Ağacan Abıyevlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatda qeyd olunur ki, Ağacan Abıyevin rektor olduğu dövrdə ADBTİA-da təhsil alan tələbə rüşvət tələbinə görə diplom almaqdan məhrum olub. Təhsil ocağında rastlaşdığı qanunsuzluqlara görə hərbi xidmətə yollanan tələbə 1 il yox, 1 il 6 ay həqiqi xidmət keçməli olub. Bunun səbəbkarı isə Ağacan Abıyevin ADBTİA-da vaxtilə yaratdığı və birbaşa rəhbərlik etdiyi “cinayətkar şəbəkə” olub. Böyük çətinliklərdən və mübarizədən sonra, ADBTİA-na rektor təyin olunan yeni rəhbərliyin yaratdığı qayda-qanunlardan bəhrələnən tələbə nəhayət ki, diplomunu 2019-cu ildə əldə edə bilib. Bu məlumat mətbuata sızandan sonra Ağacan Abıyev ciddi-cəhdlə informasiyanın yayılmasının qarşısını almağa çalışıb. Hətta bununla bağlı müxtəlif şəxslərə minnətçi düşüb. Millət vəkili yaxın ətrafına bildirib ki, rəsmi dövlət sənədi hesab olunan diplomdakı imza ona aid deyil, yəni saxtalaşdırılıb. Belə çıxır ki, nüfuzlu dövlət ali təhsil müəssisəsinin rektorunun imzası belə asanlıqla saxtalaşdırılırsa, deməli, Ağacan Abıyevin ADBTİA-na rəhbərlik etdiyi dövrlərdə onun imzası ilə verilən bütün sənədlər yoxlanılmalıdır. Redaksiyamıza verilən məlumatlara görə, adıçəkilən təhsil müəssisəsində bu tip saxta sənədlər Ağacan Abıyevin rəhbərliyi dövründə kifayət qədər olub. Ümid edirik ki, bu məqaləmizdən sonra ADBTİA-nın yeni rektoru belə faktların araşdırılmasında maraqlı olacaq və bu prosesə hüquq-mühafizə oqranlarının qoşulmasının təmin edəcək.
Məlumat üçün bildiririk ki, sözügedən diplomun surəti redaksiyamıza təqdim olunub. Həmin tələbənin adı və soyadı ilə bağlı gələn yazılarımızda ətraflı tanış olacaqsınız. Söhbət rəsmi dövlət sənədlərinin saxtalaşdırılmasından və cinayət tərkibli əməldən gedirsə, bu mövzu ətraflı araşdırma tələb edir.
Yazıda adı çəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. (Stimulxeber.az)
Ardı var…

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər