Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF













“Regionlarda bir çox ictimai iaşə müəssisələrinin müştərilərə yalnız çay verməkdən imtina etməsi halları çoxalıb. Belə ki, müəssisə sahibləri müştərilərə təkcə yemək verə biləcəklərini bildirirlər. Məqsəd isə bu yolla daha çox qazanc əldə etməkdir”.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, çay vermək imkanı olan bütün ictimai iaşə müəssisələri onlara müraciət edən bütün müştəriləri razı salmalıdır:

"Müştəriyə düzgün qulluq göstərilməlidir, onun çay istəyinə belə, yox deyilməməlidir. Müəssisə sahiblərinin əsas missiyası və funksiyası müştərilərə xidmət göstərib razı salmaqdır. Müştərilərə edilən hörmətsizlik sahibkarın və ya müəssisə rəhbərinin işi düzgün qura bilməməsindən, yalnız şəxsi gəlir əldə etmək istəyindən irəli gəlir. Yalnız yemək verməklə daha çox gəlir qazanacaqlarını düşünürlər. Bu səbəbdən də müştərilərə qarşı belə hörmətsizlik edirlər".

M.Ağakərimov bildirib ki, xaricdə istənilən kafedə adi su və kofe sifariş vermək mümkündür. Bizdə isə hələ də bu ənənə formalaşmayıb:

"Hətta müştərinin çay içmədiyini və ya yemək yemədiyini görüb ona xidmət göstərməkdən imtina edirlər. Müştərilərin, turistlərin sifarişlərini yerinə yetirmək lazımdır ki, gələcəkdə onlar yenə həmin müəssisəyə gəlsinlər. Çünki müştəri bu gün su içə bilər, sabah da yemək yeyə bilər. Hətta növbəti dəfə həmin yerə öz dostları gedə bilər. Lakin bəzi müəssisə sahibləri bu məqamları görə, anlaya bilmirlər. Bu da onların məhdud düşüncəsindən, ümumilikdə işi yaxşı bilməməsindən asılıdır.
Bakıda da bəzən belə hadisələr olur. Hansısa çay evində və ya restoranda əyləşdiyin zaman çayın yanında dəsgahı da gəlir. Həmişə də yalnız çay dəsgahının olduğunu deyirlər. Amma başa düşə bilmirlər ki, müştəri sadəcə qəndlə bir stəkan çay içmək istəyir. Süni şəkildə qiyməti artıraraq 15-20 manatlıq çay dəsgahını nə üçün müştəriyə sırıyırlar?”

Assosiasiya rəsmisi əlavə edib ki, müştərilərə qarşı hörmətsizlik edən bütün ictimai iaşə müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır:

"Bununla sahibkarları utandırmaq lazımdır. Çünki onların belə hərəkəti milli adət-ənənələrimizə də uyğun deyil. Sahibkarlar müştərilərə yalnız gəlir mənbəyi kimi baxır. Bununla da yavaş-yavaş mənəviyyatlarını itirirlər. Onlar daha çox qazandıqlarını düşünürlər, amma gələcəkdə daha çox uduzacaqlarını anlamırlar.

Müvafiq qurumun nümayəndələri regionlarda və Bakıda həmin obyektləri müəyyənləşdirməlidir. Obyektin adı çəkiləndə insanlar ora getməyəcəklər. Bu da maarifləndirmənin bir növüdür. Cəza verilmir, sadəcə ad çəkilir. Məhz bu addımdan sonra belə hallara çox da yol verilməyəcək”.

Oxunub: 711

Son xəbərlər

Britaniyada bu şəxslər siqaret ala bilməyəcəklər

Avtomobillərin təmiri üçün 49 min manatlıq müqavilə

Venesuelada həbsxanada üsyan oldu - Ölənlər var

Güləşçilərimiz Avropa çempionatının finalına yüksəliblər

ABŞ İraqa dollarla nağd pul göndərişlərini dondurub

Latviya Prezidenti Azərbaycana gəldi

“Bu verilişlərin bağlanmasını alqışlayıram”

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Bütün xəbərlər