“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!








Ölkə əhalisini yüksəkkeyfiyyətli 4G şəbəkəsi ilə təmin edən “Nar”, 4G texnologiyalı baza stansiyalarının sayını artırmaqda davam edir. Mobil operatorun quraşdırdığı LTE baza stansiyaları sayəsində artıq Qobustan və Xızı sakinləri də 4G şəbəkəsi ilə təmin olunub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq 55-ə yaxın rayon 4G baza stansiyası ilə təmin edilib. Belə ki, “Nar” son 3 ayda 600-dən çox 4G texnologiyalı, 40-a yaxın isə 3G texnologiyalı baza stansiyası quraşdırıb. Bununla da, “Nar”-ın 4G baza stansiyalarının sayı 2300-ü, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb.

“Nar” 4G şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisi ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də artırır. “Nar” Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin etməkdədir. Qeyd edək ki, mobil operatorun 4G istifadəçilərinin 72%-i paytaxt Bakının, 28%-i isə regionların payına düşür. Hazırda ölkə əhalisinin 97.6%, ölkə ərazisinin isə 83,6%-i (işğal olunmuş ərazilər istisna olmaqla) “Nar”-ın sürətli internetindən yararlana bilir. Mobil operator 8100-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçini yüksək sürətli internetlə təmin edir.

Qeyd edək ki, mobil operator ölkə boyu yeni baza stansiyaları quraşdırmaqla yanaşı, əvvəl quraşdırdığı baza stansiyalarını daim yeniləyir. Bundan başqa, “Nar” baza stansiyalarının şəbəkə tutumunu da genişləndirir.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
“Nar”-ın sürətli 4G şəbəkəsi artıq Qobustan və Xızıda!

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər