“Nar+” ilə hesabınızı daha asan idarə edin!





Abunəçilərin istifadəçi təcrübəsini davamlı olaraq təkmilləşdirməyi özünə hədaf qoyan “Nar”, yeni mobil tətbiqini istifadəçilərin ixtiyarına verib (mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə təqdim edib). “Nar+” tətbiqi hesabı daha asan idarə etmək, nömrəni hər zaman nəzarət altında saxlamaq, bütün xidmət və məhsullardan xəbərdar olmaq imkanı verir.

Yeni tətbiq vasitəsilə abunəçilər artıq bir neçə saniyə ərzində tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Bundan başqa, tətbiq kredit və balans sorğularını icra etməyə, rominq paketləri barədə də məlumat alıb bir kliklə xidməti aktivləşdirməyə imkan verir.

“Müştəriyönümlü strategiyamızın növbəti mərhələsi olaraq “Nar+” mobil tətbiqini abunəçilərimizə təqdim etməkdən böyük məmnunluq duyuruq. Müştərilərimizə rəqəmsal formatda və real rejimdə şəxsi hesablarına nəzarət etmək imkanı verəcək bu tətbiq istifadəçi təcrübəsini növbəti mərhələyə daşıyacaq, onların gündəlik həyatlarına rahatlıq və çeviklik gətirəcək. Nar olaraq təqdim etdiyimiz telekommunikasiya xidmətlərini hər zaman müştərilərimizin ehtiyaclarını nəzərə alaraq formalaşdırırıq. Məqsədimiz müştərilərimizin etibarlı tərəfdaşı olmaqdır.”, - deyə “Nar”-ın kommersiya üzrə direktoru Qəhrəman Kazımov bildirib.

“Nar+” tətbiqi sərfiyyat haqqında izahlı qaiməni dərhal və şəffaf şəkildə əldə etməyə də imkan verir. Belə ki, “istifadə tarixçəsi” bölməsində detallı şəkildə hər bir xidmətə görə sərfiyyat və uyğun olaraq çıxılan məbləğ qeyd edilir. Bu və digər funksional bölmələr lazımi bütün informasiyanı verməklə, müştəri xidmətlərinə zəng etmək ehtiyacını minimuma endirir və abunəçilərin vaxtına qənaət etmiş olur. Hər hansı bir sual yarandığı təqdirdə isə onlayn çat vasitəsilə kömək təqdim olunur. Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləyə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7900-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər