“Nar”-ın korporativ müştərisi ol, sərfəli tariflərdən yararlan!








Biznes tərəfdaşlarının sayını ildən-ilə sürətlə artıran və sahibkarların tələblərini hər zaman nəzərə alan “Nar”, korporativ müştəriləri üçün sərfəli qiymətlərlə yeni təkliflər təqdim etməkdə davam edir. Mobil operator yüksəkkeyfiyyətli şəbəkə, sürətli və kəsintisiz internet xidmətləri, tarif paketləri ilə sahibkarlara sərfəli əməkdaşlıq təklif edir. “Nar”-ın korporativ müştərisi olmaqla biznes sahibləri əlverişli şərtlərlə yüksəksürətli internetə çıxış imkanı verən “Nar MiFi” və “Nar Wi-Fi” cihazları, eləcə də data nömrələr əldə edə bilərlər. Qeyd edək ki, “Nar MiFi” abunəçilərə olduqları yerdən asılı olmayaraq hər zaman onlayn olmağa və interneti ətrafdakılarla paylaşmağa imkan verir. Eləcə də, cihazın kiçik ölçüləri və yüngüllüyü onun daşınmasını asanlaşdırır. İstənilən məkanda sərfəli qiymətə yüksəksürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısı da abunəçilərə qısa müddətdə 4G şəbəkəsi ilə əhatə olunmağa imkan verir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edir.

Hər bir müştərinin ehtiyacını nəzərə alan “Nar”, biznes sahiblərinə ən optimal tarif paketləri təklif edir. Korporativ müştərilər üçün internet və rominq paketləri və beynəlxalq zənglər üçün bonuslar təqdim edilir.

Qeyd edək ki, “Nar” yeni təkliflərini bölüşmək və əlaqələrinin gücləndirmək məqsədilə korporatov müştəriləri ilə növbəti görüşünü təşkil edib. Görüşdə mobil operatorun əməkdaşlıq etdiyi 100-ə yaxın şirkətdən 250-yə qədər korporativ müştəri iştirak edib. Yeni imkanlar barədə məlumat verildikdən sonra iştirakçılar birlikdə film izləyiblər. Filmdən sonra isə lotoreya keçirilib və qalib müştərilərə “Nar” tərəfindən xüsusi hədiyyələr verilib.

Korporativ tərəfdaşlıq üçün 777 telefon nömrəsi və ya business-nar@azerfon.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar. Təkliflərdən yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər yararlana bilərlər.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,5 %-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7800-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Oxunub: 1 179

Son xəbərlər

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Bütün xəbərlər