gundem
27.08.2019, 10:15
Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda dairə seçki komissiyasının (DSK) sədri dünyasını dəyişib.
dogruxeber.tv Report-a istinadən xəbər verir ki, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Mübahir Nəsirov vəfat edib.
Qeyd edək ki, M.Nəsirov Mərkəzi Seçki Komissiyasının 4 avqust 2016-cı il tarixli qərarı ilə dairə seçki komissiyasının üzvü təyin olunmuşdu.


