Şəmkir, Tovuz, Qazax və Ağstafada prezident seçkiləri vaxtında başlayıb

















Bu gün – aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilir.

98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 105 saylı Tovuz, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələrində prezident seçkiləri vaxtında – saat 8:00-da başlayıb.

98 saylı Şəmkir şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Abdulla Sadiqov bildirib ki, dairənin əhatə etdiyi 34 məntəqədə 39 min 436 seçici səs verəcək. Seçicilərin 321 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Dairənin 12 məntəqəsində veb-kamera quraşdırılıb. Seçkilərin gedişini izləmək üçün 343 yerli müşahidəçi qeydiyyata alınıb.

99 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının sədri Rafiq Məmmədovun verdiyi məlumata görə, dairənin əhatə etdiyi 40 məntəqədə 43523 nəfər seçici səs verəcək. Onlardan da 359 nəfəri ilk dəfə səs verəcək gənclərdir. Səsvermədə iştirak edəcək seçicilərin 5 nəfərinin yaşı 100-dən yuxarıdır. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini izləmək üçün 406 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsi dairə seçki komissiyasının sədri Şahin Pənahov bildirib ki, dairənin 41 məntəqəsində səsvermə hüququ olan 37 min 669 seçici var. 8 məntəqədə veb-kamera quraşdırılıb. Seçicilərin 345 nəfəri ilk dəfə səs verəcək. Seçicilərin 10 nəfərinin yaşı isə 100-dən yuxarıdır.

105 saylı Tovuz seçki dairəsi üzrə 47 min 288 seçici 41 seçki məntəqəsində səs verəcək. Məntəqələrin 10 veb-kamera quraşdırılıb. Seçkilərin gedişini izləmək üçün 400 yerli müşahidəçi qeydiyyatdan keçib.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasının sədri İlqar Hüseynov isə bildirib ki, 48 min 751 seçicini əhatə edən dairədə 38 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin 8-də veb-kamera quraşdırılıb. Seçicilərin 81 nəfəri ilk dəfə səs verəcək. Dairədə seçki prosesini izləmək üçün 377 yerli müşahidəçi qeydiyyatdan keçib.

43 min 539 seçicini əhatə edən 107 saylı Qazax seçki dairəsində 38 seçki məntəqəsi var. Bu məntəqələrin 10-da veb-kamera quraşdırılıb. Seçicilərin 147 nəfəri ilk dəfə səs verənlərdir. Dairədə 380 yerli müşahidəçi qeydiyyatdan keçib.

108 saylı Ağstafa seçki dairəsində isə 42 min 445 seçici 38 seçki məntəqəsində səs verəcək. Məntəqələrin 8-də veb-kamera quraşdırılıb. 269 seçici ilk dəfə səs verəcək. Seçkilərin gedişini izləmək üçün 432 yerli müşahidəçi qeydiyyatdan keçib.

Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün dairələrin əhatə etdiyi bütün məntəqələrdə seçicilər və müşahidəçilər üçün lazımi şərait yaradılıb.


dogruxeber.tv

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər