hadise
27.08.2019
Şəkidə toyda 21 nəfər zəhərləndi

Şəkinin Çeşməli kəndində toyda kütləvi zəhərlənmə olub.
Səhiyyə Nazirliyindən dogruxeber.tv-a daxil olan məlumata görə, toy mərasimindən sonra 21 nəfər Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Müraciət edənləri müayinə edən həkimlər onlarda disbakterioz aşkarlayıblar.
Xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar./Qafqazinfo


