hadise / bolge
9.06.2019, 18:44
Şəkidə 6 yaşlı uşaq kimyəvi dərmandan zəhərləndi

Günorta saatlarında rayonun Cunut kənd sakini, 2013-cü il təvəllüdlü Nərmin Elsevər qızı Məmmədova zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
dogruxeber.tv APA-ya istinadən xəbər verir ki, tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı 6 yaşlı N.Məmmədovanın həşaratları məhv etmək üçün istifadə edilən kimyavı dərmandan zəhərlənməsi məlum olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən N.Məmmədovaya lazımı tibbi yardım göstərilib, vəziyyəsti orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.


