hadise
28.08.2019, 11:17
Lənkəranda bıçaqlanan kişi Bakıya gətirildi
![]()
Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
dogruxeber.tv xəbər verir ki, rayon ərazisində yerləşən "Qobustan” marketin yaxınlığında 1989-cu il təvəllüdlü Həsənov Nizami Sulduz oğlu tanımadığı şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı Bakıya xəstəxanaya çatdırılıb. Ona qarının sol divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./Oxu.Az


