dunya
4.09.2019
Qonşular arasında dava: ağacla başını əzdi

Daşkəsəndə qonşular arasında dava olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində qeydə alınıb.
1972-ci il təvəllüdlü Əskərov Nəbi İbrahim oğlu qonşusu ilə mübahisə edib.
Nəticədə qonşusu N.Əskərova ağac parçası ilə baş nahiyəsindən üç zərbə endirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


