Bakıdakı məşhur restorana ittiham: Menyuda aşağı qiymət yazırlar, hesab gələndə isə…






“Xalçalı restoran&lounge” restoranının müştəriləri aldatdığına dair iddialar yayılıb.

Sosial şəbəkə istifadəçilərindən biri restoranın müştərilərə daha aşağı qiymətlər yazılmış menyu təqdim etdiyini, lakin hesabda başqa qiymətlər yazdığını bildirib:

“Dostumla menyuda qeyd edilən hərəsi ayrı-ayrılıqda beş manat olan çay və mürəbbə sifariş verdik. Ofisianta menyudakı qiyməti nəzərə alaraq, çay və mürəbbə sifariş versək də, sonda hesab beş manat artıq gəldi.

Hesabın niyə 15 manat gəldiyini soruşanda isə ofisiant çayın 10 manat olduğunu söylədi. Narazılığımı bildirirək, çayın 10 manat olduğu halda niyə menyuda beş manat yazıldığını soruşdum. Bizə verilən menyunun köhnə olduğu deyildi.

Ofisiantın gözünün qarşısında menyuya baxıb sifariş etdiyim halda menyunun köhnə və çayın 10 manat olduğunu niyə demirlər? Bu, düzgün restoran sistemi deyil”.

Məsələni aydınlaşdırmaq üçün “Xalçalı restoran&lounge”la əlaqə saxladıq.

Özünü administrator kimi təqdim edən Teymur adlı şəxs Oxu.Az-a açıqlamasında qiymətlərin artırıldığını təsdiqlədi:

“Müəyyən şeylərdə dəyişikliklər etmişik. Müştəri bir çay sifariş verib saatlarla oturur. Bu da bizə sərf eləmir. Ona görə də qiymətlərdə artımlar var.

Öncədən müştərilərə də qiymətlərin qalxması ilə bağlı məlumat verilib. Hətta daimi gələn müştərilərə də izah eləmişik ki, qiymətlər niyə qaldırılıb. Kimin narazı olub-olmamasının bizə aidiyyəti yoxdur”.

Menyunun köhnə olması məsələsinə gəldikdə, administrator deyib ki, artıq onlar da yenilənib.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər