hadise
20.09.2019, 15:58
İnterpolun axtardığı azərbaycanlı saxlanıldı

Kiyevdə İnterpol xətti ilə axtarışda olan azərbaycanlı saxlanılıb.
dogruxeber.tv xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, “Kiyev” aeroportunun sərhəd-keçid məntəqəsində saxlanılan 1961-ci il təvəllüdlü şəxsin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışda olduğu müəyyənləşib. /Oxu.Az


