hadise
21.09.2019, 12:34
Şamaxıda ikimərtəbəli mağaza yanıb

Şamaxıda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Şamaxı rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


