dunya
24.09.2019
Gürcüstanda zəlzələ olub

Gürcüstanda 4 bal gücündə zəlzələ baş verib.
dogruxeber.tv-ın xəbərinə görə, yeraltı təkanlar ölkənin şərqində yerləşən Kaxetiya bölgəsinin Laqodexi rayonundan 7 km uzaqlıqda qeydə alınıb.
Gürcüstan Seysmoloji Xidmətinin məlumatına görə, zəlzələnin ocağı yerin 10 km dərinliyində yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar olmayıb./Qafqazinfo


