hadise
27.09.2019, 16:31
Arvadının başını kəsən şəxs həbsdə öldü - Bakıda

Bakıda məhbus dünyasını dəyişib.
“dogruxeber.tv” APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan, Lerik sakini, 1973-cü il təvəllüdlü Yəhyayev Zaur Xanağa oğlu dünyasını dəyişib.
Qeyd edək ki, Zaur Yəhyayev bu ilin sentyabrın 7-də həyat yoldaşı, 1976-cı il təvəllüdlü Yəhyayeva Cəvahir Güloğlan qızının başını kəsərək qətlə yetirib. Arvadının başını kəsərək, onu amansızlıqla öldürən Zaur Yəhyayev daha sonra özünə bıçaqla çoxlu xəsarət yetirib.


