dunya
28.09.2019, 16:22
Əfqanıstanda “Taliban” lideri ilə 14 yaraqlı məhv edildi

Əfqanıstan Hərbi- Hava Qüvvələri ölkənin şimal-qərbində yerləşən Balx vilayətində “Taliban” qruplaşmasının mövqelərinə aviazərbə yetirib.
dogruxeber.tv-ın məlumatına görə, nəticədə, qruplaşmanın sözügedən bölgə üzrə rəhbəri Qol Nabi Mubariz və 14 döyüşçü zərərsizləşdirilib, daha 20 yaraqlı isə xəsarət alıb.
Qeyd olunur ki, qruplaşma üzvləri bu gün ölkədə keçirilən prezident seçkilərinə görə seçki məntəqələrinə hücum təşkil etməyi planlaşdırıbmış./Qafqazinfo.az


