hadise / dunya
31.08.2019
Əfqanıstanda “Taliban”ın 34 döyüşçüsü öldürüldü

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın iri şəhərlərindən biri olan Qunduza hücum edib və yerli xəstəxananın bir neçə pasiyentini girov götürüb.
“dogruxeber.tv” “Euronews”a istinadən xəbər verir ki, hücumları dəf etmək məqsədilə şəhərə Əfqanıstan Müdafiə Nazirliyinin əlavə qüvvələri yeridilib. Ölkənin Daxili İşlər Nazirliyi aviasiya zərbələri nəticəsində 26 “Taliban” döyüşçüsünün öldürüldüyünü bildirib. Daha 8 silahlı isə yerüstü əməliyyatlar zamanı məhv edilib.
Bir qədər əvvəl Donald Tramp ABŞ nümayəndələri və “Taliban” arasında Əfqanıstan münaqişəsinin nizamlanmasına dair sazişin hələlik əldə olunmadığını deyib.


