"Elə şadlıq sarayları var ki, 1 stulun qiyməti 150-200 manatdır, o pulla..." — Jurnalistdən ETİRAZ













Özbəkistan Ali Məclisinin Senatı ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları haqqında nizamnaməni qəbul edib.


Yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız 3 maşın ola bilər. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır. Nikaha daxil olanlar toy haqqında əvvəldən yerli hakimiyyət orqanlarına xəbər verməlidirlər. Toy axşam saat 23:00-da başa çatmalıdır. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir.


Bizdə də evlənən gənclər kifayət qədər xərc çəkirlər. Restoranından tutmuş fotosessiyasına qədər bir çox hazırlıqlar görürlər.


Bəs belə bir qanunun ölkəmizdə də qəbul olunması necə olar?


dogruxeber.tv xəbər verir ki, mövzu ilə bağlı Azadinform-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə münasibət bildirib: "Azərbaycanda toy adətlərinin dəyişdirilməsinə ehtiyac var. Hazırda toy biznesindən ancaq şadlıq evləri qazanır. Toy etmək o qədər bahalı mərasimə çevrilib ki, bəzi gənclər subay qalmağa üstünlük verirlər. Elə adamlar tanıyıram ki, toydan sonra şadlıq evinə 15-20 min manat pul ödəyib. Təbii ki, həmin pul qonaqların cibindən çıxıb


Elə şadlıq sarayları var ki, 1 stulun qiyməti 150-200 manatdır. Bir dəfə efirdə də dedim, o pula – 200 manata Bərdədə 2 quzu almaq olar. Mən bir gündə 2 quzu yeyən adama oxşayıram?


Restoran sahibi məndən niyə 2 quzunun pulunu almalıdır? Deyirlər ki, masanın üstünə 60 cür nemət düzürük. Bunun adı israfçılıqdır. Axşam 6-dan gecə 12-yə kimi dayanmadan yeyib-içmək olar? Əcnəbilər bizim toylarda iştirak edəndə elə bilirlər ki, azərbaycanlılar aclıqdan çıxıblar. Zövqsüz musiqilər, səs-küy isə toylarımız üçün xarakterik olan başqa bir problemdir. Əvvəllər toya istirahət etməyə gedirdik. İndi toydan gələndə iki gün adamın başı ağrıyır.


Bu gün elə acınacaqlı vəziyyətdir ki, insanlar dəvətnaməyə, "dəhşətnamə” deyirlər. Bəzən mənə elə gəlir ki, bəzi insanlar toya gedəndə o qədər deyinirlər ki, bu səbəbdən də ailə quran gənclərin çoxu xoşbəxt ola bilmir”./Mia.az

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər