“Yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilməlidir” – DEPUTAT













Yas mərasimləri sadə və israfçılıqdan kənar keçirilməlidir.

Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, son illərdə artıq cəmiyyətdə daha çox insan yas mərasimlərinin, ehsan süfrələrinin təmtəraqdan uzaq, islami qaydalara uyğun olaraq sadə və israfçılığa yol vermədən keçirməyi daha məqsədəuyğun hesab edirlər:

“Respublikamızın müxtəlif bölgələrində artıq yas mərasimlərinin sadə və israfçılıqdan uzaq, islami qaydalara uyğun aparılması qəbul edilmişdir. Əvvəllər yas sahibləri 3, 7, 40, il mərasimləri və cümə axşamları üçün xeyli vəsait xərcləməli olurdular. İndi az bir məsrəflə yas mərasimini təşkil etmək mümkündür. Yas mərasimlərinin təmtəraqdan uzaq, israfçılığa yol vermədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən qane edir, mərasimi ailə büdcəsinə uyğun olaraq artıq xərc çəkmədən təşkil etməyə imkan verir”.

R.Əliyev qeyd edib ki, yas mərasimlərinin sadə və israfçılıqdan uzaq keçirilməsi əhali arasında aparılan dini maarifləndirmə işləri və dini hökmlərin tələblərinin düzgün izah olunması ilə mümkün olub:

“Yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq göstərmək olmaz, bu məsələ yalnız islami tələbləri insanlara düzgün izah edilməsi yolu ilə həll oluna bilər. Bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrində maarifləndirici verlişlərin daha çox təşkil olunmasına, məqalələrin yazılmasına, ən vacibi isə yerlərdə din xadimləri, ağsaqqallar və ziyalılar tərəfindən əhali arasında geniş təbliğat işlərinin aparılmasına ehtiyac var”.

Son xəbərlər

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Bütün xəbərlər