“Mən bir gündə 2 quzu yeyən adama oxşayıram?” – Jurnalist toylardakı israfçılığa etiraz etdi














Özbəkistan Ali Məclisinin Senatı ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları haqqında nizamnaməni qəbul edib. Yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız 3 maşın ola bilər. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır. Nikaha daxil olanlar toy haqqında əvvəldən yerli hakimiyyət orqanlarına xəbər verməlidirlər. Toy axşam saat 23:00-da başa çatmalıdır. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir.

Bizdə də evlənən gənclər kifayət qədər xərc çəkirlər. Restoranından tutmuş fotosessiyasına qədər bir çox hazırlıqlar görürlər.

Bəs belə bir qanunun ölkəmizdə də qəbul olunması necə olar?

dogruxeber.tv xəbər verir ki, mövzu ilə bağlı Azadinform-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə münasibət bildirib: “Azərbaycanda toy adətlərinin dəyişdirilməsinə ehtiyac var. Hazırda toy biznesindən ancaq şadlıq evləri qazanır. Toy etmək o qədər bahalı mərasimə çevrilib ki, bəzi gənclər subay qalmağa üstünlük verirlər. Elə adamlar tanıyıram ki, toydan sonra şadlıq evinə 15-20 min manat pul ödəyib. Təbii ki, həmin pul qonaqların cibindən çıxıb. Elə şadlıq sarayları var ki, 1 stulun qiyməti 150-200 manatdır. Bir dəfə efirdə də dedim, o pula – 200 manata Bərdədə 2 quzu almaq olar. Mən bir gündə 2 quzu yeyən adama oxşayıram? Restoran sahibi məndən niyə 2 quzunun pulunu almalıdır? Deyirlər ki, masanın üstünə 60 cür nemət düzürük. Bunun adı israfçılıqdır. Axşam 6-dan gecə 12-yə kimi dayanmadan yeyib-içmək olar? Əcnəbilər bizim toylarda iştirak edəndə elə bilirlər ki, azərbaycanlılar aclıqdan çıxıblar. Zövqsüz musiqilər, səs-küy isə toylarımız üçün xarakterik olan başqa bir problemdir. Əvvəllər toya istirahət etməyə gedirdik. İndi toydan gələndə iki gün adamın başı ağrıyır. Bu gün elə acınacaqlı vəziyyətdir ki, insanlar dəvətnaməyə, “dəhşətnamə” deyirlər. Bəzən mənə elə gəlir ki, bəzi insanlar toya gedəndə o qədər deyinirlər ki, bu səbəbdən də ailə quran gənclərin çoxu xoşbəxt ola bilmir”./Turkustan.info

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər