Bu hərbi qulluqçuların pensiyası ilə bağlı layihə qəbul edildi













Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“dogruxeber.tv” “Report”a istinadən xəbər verir ki, sənəddə bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydasının dəqiqləşməsini nəzərdə tutulur Qanunun 21-ci (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci (Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir) maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddət də daxil edilir: Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti. Dəyişikliklə isə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də əlavə edilir.

Bildirilib ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunub. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub (Məsələn, Fövqəladə Hallar Nazirliyinin bəzi hərbi qulluqçuları, Hərbi Prokurorluğun hərbi qulluqçuları və s.).

Təqdim olunan layihə belə qurumların hərbi qulluqçularının dövlət icbari tibbi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər