Bakıda həkim-kardioloq Jurnalistika fakültəsinin tələbəsini maşınla vurdu — ŞİKAYƏT (FOTOLAR)










Bakının Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin yaxınlığında yol qəzası baş verib.


Demokrat.az xəbər verir ki, qəza nəticəsində Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin II kurs tələbəsi olan 21 yaşlı Həmidə Bəxtiyarova piyada zolağını keçərkən həkim-kardioloq Rəhimə Piriyevanın idarə etdiyi "Nissan" markalı avtomobillə vurulub.


Qəzadan sonra Rəhimə Piriyeva Həmidə Bəxtiyarovanı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıb.


Hadisədən 10 gün vaxt ötsə də, zərərçəkmiş Həmidə Bəxtiyarova onu vuran xanım həkimdən şikayətçi olduğunu bildirib.


Demokrat.az həmin şikayəti olduğu kimi təqdim edir:


"Mən Bəxtiyarova Həmidə Elcin qızı BDU-nin Jurnalistika fakültəsində 2-ci kurs tələbəsiyəm. 21 sentyabr axşam saat 21:04-da Bakının Nərimanov rayonu, Heydər Əliyev Mərkəzinin yaxınlığındakı piyada keçidindən kecdiyim zaman "Nissan" markalı maşın məni vurdu. Mən saat 21:00-da işdən çıxıram və hər gün o yolu keçirəm. Maşın məni vuran zaman mən huşumu itirmişəm, heç nə xatırlamıram. Məni vuran həkim Piriyeva Rəhimə Akif qızı "Semaşka" kimi tanınan xəstəxanaya gətirib. Mən gözümü açan zaman xəstəxanada idim. Həkimlər mənə yardım göstərib. Məni vuran həkim Rəhimə xanım mənim vəziyyətimin yaxşı olduğunu və evə gedə biləcəyimi ailəmə bildirib. Xəstəxanada mənim adımı qeydiyyata salmaq istəmirdilər. İlk tibbi yardimdan 30 dəqiqə sonra mən şok keçirmişəm və heç nə bilməmişəm. Atamın təkidi ilə adım qeydiyyata salındıqdan sonra tədqiqatçı gəlib. Huşum özümdə olmadığına görə məndən izahat götürə bilməyib. İki gün sonra tədqiqatçı Sərxan Süleymanlı atamın təkidi ilə gələrək məndən izahat götürdü və mən şikayətçi olduğumu bildirdim. On gün ərzində xəstəxanadayam, cəmi bir dəfə mənim yanıma gəlib, öz həkim yoldaşı ilə məni yoxlamaq istəyib, o zaman da mən artıq müayinə edilmişdim. Üzümün sol tərəfi əzilib, sıyrılıb, bədənimin sol hissəsi əzilib, kəllə-beyin silkələnməsi almışam. İndi də özümü pis hiss edirəm, başımda güclü ağrılar var, iki qabaq dişim sınıb. İndi də xəstəxananın baş həkimi ilə birləşib işini yüngüllətmək üçün müalicəm tam bitməmiş xəstəxanadan qovdurmaq istəyir. Mənim heç bir maddi və mənəvi ziyanımı qarşılamaq istəmir. Mən öz təhsil haqqımı ödəmək üçün işləyirəm, 500 azn əmək haqqı alıram. Mənə 3 ay işləmək olmaz. Mən təhsil haqqımı ödəyə bilmirəm və sizdən bir tələbə olaraq xahiş edirəm ki, mənə qarşı olan bu haqsızlığa son qoyulmasına kömək edəsiniz. Mənə dəyən maddi və mənəvi ziyan ödənilsin".


Şikayətçinin iddiaları ilə əlaqədar qarşı tərəfin mövqeyini öyrənmək üçün Rəhimə Piriyeva ilə telefon əlaqəsi saxladıq. Lakin o suallarımıza cavab verməkdən imtina etdi.
Bakıda həkim-kardioloq Jurnalistika fakültəsinin tələbəsini maşınla vurdu — ŞİKAYƏT (FOTOLAR)
Bakıda həkim-kardioloq Jurnalistika fakültəsinin tələbəsini maşınla vurdu — ŞİKAYƏT (FOTOLAR)

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər