Səlim Müslümovun “Ağsu aşırımı”: sabiq nazir rayonu necə nəzarətdə saxlayıb?











Sentyabrın 30-da dövlət başçısının sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev vəzifəsindən azad edilib. Rayona təyin olunmuş yeni icra başçısı Vahid Tağıyev oktyabrın 1-də kollektivə təqdim olunub. V.Tağıyevi kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.


dogruxeber.tv musavat.com-a istinadən xəbər verir ki, Vahid Tağıyev haqqında internetdə yeganə məlumat isə onun keçmiş MTN zabiti olmasıdır. Belə ki, 27 mart 2006-cı ildə Milli Təhlükəsizlik Nazirliyinin təltif olunan bir qrup əməkdaşı arasında onun da adı var. Həmin zaman polkovnik rütbəsində olan Tağıyev Vahid Heydər oğlu "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.


Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bacısı oğlu (həm də bacanaqdırlar) Ənvər Seyidəliyevin vəzifədən çıxarılacağı ilə bağlı xəbərlər çoxdan var idi. Ənvər Seyidəliyev 1950-ci ildə S.Müslümov kimi Ağsunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Politexnik İnstitutunu bitirib. 1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışıb.


1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri vəzifəsində çalışıb. 2007-ci ilin dekabrında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.


İcra başçısının təkcə dayısı ilə deyil, sabiq nəqliyyat naziri Ziya Məmmədovla biznes ortağı olması iddia olunurdu. Yada salaq ki, 2003-2007-ci illərdə o, Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-də idarə rəisi vəzifəsində işləyib. S.Müslümovun nazir olduğu dönəmdə rayon tam qohumların nəzarətinə keçib, bütün mühüm vəzifələrə yerləşə biliblər.

Səlim Müslümov hələ nazir olduğu zamanlarda icra başçısının dövlətin fermerlərə dəstək üçün ayırdığı pulları yaxın çevrəsi arasında bölüşdürməsi barədə mətbuatda məlumatlar dərc edilirdi. İddia olunurdu ki, rayon sakinləri və fermerlər Prezident Administrasiyasına kütləvi şikayət məktubları göndərib.



Şikayət məktubları əsasən Ağsu şəhərinin və rayonun kəndlərinin abadlaşdırılması və yolların yenidən çəkilməsi üçün dövlət tərəfindən ayrılan vəsaitin böyük qisminin mənimsənilməsi, həmin işlərin icra olunması üçün maliyyə vəsaitini ayrı-ayrı vəzifəli şəxslərdən və sahibkarlardan toplanması, rayonda əkin üçün yararlı olan torpaq sahələrinin zəbt etməsi barədə olub. İcra başçısı özünün əkin sahələrində rayon camaatını qəpik-quruşa işlədib, hətta son vaxtlar zəhmət haqqını da vermirmiş. İcra hakimiyyətinin aztəminatlı, əlil və şəhid ailələrinə də sayğısız münasibət göstərdiyi deyilirdi. Son aylar Ağsu İcra Hakimiyyətində ciddi yoxlamaların aparıldığı da gələn xəbərlər sırasında idi. Sabiq icra başçısının qardaşı Fətulla Seyidəliyevin hazırda "Kapitalbank”ın rayon filialının müdiri olduğu, digər qardaşının təqaüdçü olsa da, rayon pambıq qəbulu məntəqəsində müdiri işlədiyi bildirilir.



Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri hazırkı iqtidarın komandasında yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müəllim işləyir. O, iqtisad elmləri doktoru, professordur.



Gözlənilir ki, yaxın günlərdə S.Müslümovun və yaxın qohumlarının "Ağsu aşırımı”ndakı hökmranlığına tam son qoyulsun.

Oxunub: 664

Son xəbərlər

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

Bütün xəbərlər