hadise
8.10.2019, 11:22
Arvadını öldürən Nicat gömrük əməkdaşı olub? - Açıqlama

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Nicat Abdullayevin Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olduğu deyilir.
“dogruxeber.tv” xəbər verir ki, sözügedən qurum isə bu iddiaları təkzib edib.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.
Qeyd edək ki, Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilir. Bildirilir ki, 33 yaşlı ər 3 uşaq anası olan arvadı, 27 yaşlı Leyla Abdullayevanı Bakı Avtovağzalının yaxınlığında qətlə yetirib. Onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları yaymışdı./Yeni Sabah


